DİA.AZ: - "Azəriqaz"ın işçiləri vətəndaşların başına oyun açırlar. DİA.AZ xəbər verir ki, "Azəriqaz"ın abunəçilərə qarşı etdikləri - qanunsuz hərəkətləri vətəndaşların haqlı narazılığına və gileylərinə səbəb olur. Bildirək ki, qurum tərəfindən vətəndaşlara qanunsuz cərimələr yazılmaqdadır. Masallı rayonunun Ərkivan qəsəbə sakini Musabayev Sakit Nuri oğlu bildirir ki, 2015-ci ildən Masallı rayonundan Bakı şəhərinə köçərək Hövsan qəsəbəsində yaşayır. Sakit rayondan köçdüyü vaxtdan Masallıdakı evində heç kim yaşamadığı halda, "Azəriqaz"ın Lənkəran rayon qaz istismar idarəsinin əməkdaşları tərəfindən Musabayev Sakit Nuri oğluna 22447 manat qeyri-qanuni formada cərimə yazılıb. Necə olur eyni zamanda vətəndaş həm Hövsan qəsəbəsində, həm də Masallı rayonunda kommunal ödənişlər etsin? Bu hansı məntiqə uyğundur? DİA.AZ vurğulayır ki, "Azəriqaz" bu dələduzluq hərəkətlərini tək cənub bölgəsində yox, bütün regionlarda həyata keçirməkdədir. Görünür, "Azəriqaz"ın işçiləri Sakitin ailə üzvülərinin evdə yaşamadıqlarından istifadə edərək, özləri bilərəkdən qaz sayğacına müdaxilə edərək vətəndaşa külli miqdarda cərimə yazıblar. Bunu elə məhhkəmə də sübuta yetirib. Vətəndaşın haqlı qarşılıqı iddiası əsasında Masallı rayon məhkəməsi "Azəriqaz"ın cərimə aktını etibarsız hesab etmiş və qaz sərfiyyatına görə hesablanmış 22447 manat borcu silərək ədalətli qərar qəbul etmişdir. Hər haldaa bu fakt belə təsdiqləyir ki, "Azəriqaz"dakı şübhəli və həm də ən əsası - korrupsiya qoxulu fəaliyyətlər məhz vəəndaşlara ağlasığmaz həcmdə borcları yazmaqla ört-basdır edilməkdədir. Bu faktlardan biri... Bəs digərləri?.. Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.